Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:35 - 20 / 06 / 2023
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 76 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 17, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 471, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 864, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 035, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 305, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 267 nəfər təşkil edir.

Paylaş:
712

Son xəbərlər

Bütün xəbərlər