Bakı-Naxçıvan təyyarəsi tufana görə hava limanına qayıdıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Naxçıvan təyyarəsi tufana görə hava limanına qayıdıb

23:25 - 20 / 06 / 2023
Bakı-Naxçıvan təyyarəsi tufana görə hava limanına qayıdıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-265 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Təyyarə saat 22:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər