Bu avtobuslarla çimərliyə gedə biləcəksiniz - Siyahı
Yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə 101, 107, 171, 179 və 180 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri iyunun 15-dən çimərlik ərazilərinə təşkil edilib.
Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Dəyişikliyə əsasən, dəyişiklik aşağıdakı çimərlikləri əhatə edir:
- 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;
- 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;
- 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinədək;
- 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;
- 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək təşkil edilib.












