QMİ Bayram namazının vaxtını açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

QMİ Bayram namazının vaxtını açıqladı

Qafar Ağayev11:20 - 22 / 06 / 2023
QMİ Bayram namazının vaxtını açıqladı

İyun ayının 28-də məscidlərdə Bayram namazı qılınacaq.

1news.az-ın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qurban bayramı ilə bağlı fətvasında deyilir.

Qeyd edilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir.

"Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə Bayram namazı qılınacaq", - fətvada bildirilir.

Paylaş:
240

Son xəbərlər

Bütün xəbərlər