Məmməd Abbasbəyli: Dövlət satınalmaları sahəsində problemlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Məmməd Abbasbəyli: Dövlət satınalmaları sahəsində problemlər var

Qafar Ağayev12:40 - 22 / 06 / 2023
Məmməd Abbasbəyli: Dövlət satınalmaları sahəsində problemlər var

Azərbaycanda dövlət satınalmaları sahəsində əldə olunan nailiyyətlərə baxmayaraq qanunvericiliyin qeyri-mükəmməl olmasından irəli gələrək hazırda kifayət qədər problemlər var.

1news.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, dövlət satınalmalarına nəzarət çərçivəsində böyük problemlərlə rastlaşılıb: “Keçən il dövlət təşkilatlarının davranışlarında yol verildiyi qanun pozuntuları ilə bağlı 14 %-ə yaxın protokol ləğv edilib".

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər