“Umico” fəaliyyətini davam etdirir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Umico” fəaliyyətini davam etdirir

14:52 - 23 / 06 / 2023
“Umico” fəaliyyətini davam etdirir

Son günlər mətbuatda “Umico” brendinin fəaliyyətini dayandırılmasına dair xəbərlər yayılıb.

PAŞA Holding-dən daxil olan rəsmi bəyanata əsasən, bu məlumatlar həqiqəti əks etdirmirlər.

Belə ki, həqiqətən də “Competo” MMC ilə paralel olaraq “UMİCO” MMC və “UMİCO OVERSEAS” MMC adlı iki məhdud məsuliyyətli cəmiyyət yaradılmışdır. Hazırda bu MMC-lərin heç bir fəaliyyətlərinin olmadığı üçün onların bağlanması qərarı verilmişdir.

“Sözügedən MMC şirkətlərinin Competo-nun məhsulu olan Umico ilə heç bir əlaqəsi yoxdur. Həm “Competo” şirkəti, həm də onun Umico məhsulu fəaliyyətini davam etdirirlər” – PAŞA Holding-in mətbuat katibliyi bildirib.

Qeyd edək ki, “Umico” brendinin əmtəə nişanı “Competo” MMC-yə məxsusdur.

Reklam hüququnda

Paylaş:
296

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər