Toydan qayıdarkən dəhşətli qəzada ölənlərin FOTOSU | 1news.az | Xəbərlər
Cəmiyyət

Toydan qayıdarkən dəhşətli qəzada ölənlərin FOTOSU

14:59 - 26 / 06 / 2023
Toydan qayıdarkən dəhşətli qəzada ölənlərin FOTOSU

Naxçıvanda toydan qayıdarkən yol qəzasında ölən 6 nəfər barədə təfərrüatlar məlum olub.

1news.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, hadisə zamanı həlak olan Xanlar Sultanov və Azadə Sultanova ər-arvad olublar.

A.Sultanovanın 3 yaşlı qardaşı oğlu və ailənin digər qohumu, 63 yaşlı Sahiyə Cəfərova da həmin vaxt avtomobildə olublar. Onların da həyatını xilas etmək mümkün olmayıb.

Ölənlərdən 27 yaşlı Amin Oruclu həkim olub. O, Babək rayonunun Kültəpə kəndində stomatoloq işləyirmiş.

23 yaşlı Hikmət Əlizadə isə Naxçıvan Tibb Kollecinin tələbəsi olub.

Qeyd edək ki, hadisə bu gecə Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisində baş verib. Qəza nəticəsində 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Sail Ağasəlim​

Foto sözügedən toyda çəkilib. Solda Hikmət Əlizadə, sağda Amin Oruclu

Paylaş:
1086

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər