NATO-nun mənzil-qərargahında Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

NATO-nun mənzil-qərargahında Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd edilib

Qafar Ağayev12:48 - 26 / 06 / 2023
NATO-nun mənzil-qərargahında Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd edilib

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Azərbaycanın NATO yanında nümayəndəliyi tərəfindən Alyansın Brüssel şəhərində yerləşən mənzil-qərargahında rəsmi qəbul və foto-sərgi təşkil olunub.

Bu barədə 1news.az-a Azərbaycanın NATO-dakı nümayəndəliyindən xəbər verilib.

Bildirilib ki, tədbirdə NATO Baş katibinin köməkçiləri, NATO-nun üzv və tərəfdaş ölkələrinin Alyans yanındakı səfirləri, hərbi nümayəndələri, diplomatik korpusun üzvləri, NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının üzvləri, Alyansın Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahının (SHAPE), eləcə də NATO-nun Dəstək və Təchizat Agentliyinin yüksək vəzifəli rəsmiləri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və Silahlı Qüvvələrin Alyansın Hərbi Komitəsi yanında hərbi nümayəndəsi polkovnik Ağaverdi Quliyev Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişaf yolu, həmçinin NATO ilə tərəfdaşlıq münasibətlərindən danışıb.

Çıxışlar əsnasında Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğunda və Alyansla əməkdaşlığın inkişaf etdirilməsindəki tarixi xidmətləri barədə qonaqlara məlumat verilib.

Ulu Öndərin uzaqgörən siyasəti və hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu fəaliyyətlərin uğurla davam etdirilməsi sayəsində Azərbaycanın regiondakı ən güclü ordulardan birinə malik olduğu, 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun zəfər qazanmasının və ərazi bütövlüyümüzü bərpa etməsinin bunun ən bariz göstəricisi olduğu diqqətə çatdırılıb.

Nümayəndəliyin başçısı çıxışında həmçinin ölkəmizin Alyansla çoxşaxəli tərəfdaşlığı, son olaraq Əfqanıstandakı əməliyyat da daxil olmaqla NATO-nun iştirak etdiyi sülhməramlı əməliyyatlar çərçivəsində fəaliyyətləri və Avropanın enerji təhlükəsizliyinə töhfələri məsələsinə vurğu edib.

NATO tərəfindən əsas natiq qismində Alyansın ali hərbi strukturu, Hərbi Komitənin sədr müavini general-leytenant Lans Landrum çıxış edib. O, Azərbaycanın Alyansın etibarlı və uzun illərdən bəri əməkdaşlıq etdiyi tərəfdaş ölkə olduğunu bildirib.

L.Landrum ölkəmizin həm siyasi dialoq, həm hərbi-praktiki tərəfdaşlıq və hərbi uyarlılığın gücləndirilməsi çərçivəsində NATO ilə münasibətlər baxımından öncül yerdə olduğunu qeyd edib.

General-leytenant müttəfiq dövlətlərin Azərbaycanın Alyansın sülhməramlı əməliyyatlarına, ələlxüsus Əfqanıstanda Kabil Beynəlxalq Hava limanından kritik təxliyə fəaliyyətlərinə dəstəyini və töhfələrini yüksək qiymətləndirdiyini ifadə edib.

Onun çıxışında Azərbaycanla NATO arasında bir sıra istiqamətlərdə, o cümlədən enerji təhlükəsizliyi üzrə dialoq məsələsində əməkdaşlıq imkanlarına diqqət çəkilib

Paylaş:
255

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər