Bakıda MINEPS VII konfransının açılış mərasimi keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda MINEPS VII konfransının açılış mərasimi keçirilir

16:32 - 27 / 06 / 2023
Bakıda MINEPS VII konfransının açılış mərasimi keçirilir

İyunun 26-dan Bakıda işə başlayan Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) açılış mərasimi keçirilir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda 124 ölkədən və beynəlxalq təşkilatlardan 50-dən çox nazir və yüksək vəzifəli şəxs, eləcə də 540-dan çox nümayəndə iştirak edir.

Konfransın yekunlarına əsasən, UNESCO-nun idman təşəbbüsü olan eyniadlı layihənin davamı olaraq “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yaxşılaşdırılması, COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması və fiziki passivliyin azaldılması strategiyasının hazırlanmasıdır.

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər