Azərbaycan - Şotlandiya əlaqələrinin möhkəmləndirilməsi müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan - Şotlandiya əlaqələrinin möhkəmləndirilməsi müzakirə olunub

16:33 - 29 / 06 / 2023
Azərbaycan - Şotlandiya əlaqələrinin möhkəmləndirilməsi müzakirə olunub

Azərbaycan və Şotlandiya arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov feysbuk səhifəsində məlumat verib.

Azərbaycanlı diplomat Şotlandiya parlamentinin sədri Alison Conston ilə görüşdüyünü bildirib: "Bizi xoş qarşıladığına görə Şotlandiya parlamentinin sədrinə təşəkkür edirəm. Görüşdə Şotlandiya parlamenti haqqında ətraflı məlumatlandırıldıq. Şotlandiyalı dostlarımıza qonaqpərvərliyə, gözəl ideyalara və Azərbaycanla Şotlandiya arasında möhkəm dostluğa görə minnətdaram! Eyni zamanda Şotlandiya Azərbaycan icmasını layiqincə təmsil etdikləri üçün Fuad Ələkbərov və Nara Morrisona xüsusi təşəkkür borcumuz var".

Paylaş:
201

Son xəbərlər

Bütün xəbərlər