Bakıda ər arvadını bıçaqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ər arvadını bıçaqlayıb

09:16 - 29 / 06 / 2023
Bakıda ər arvadını bıçaqlayıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

1news.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Hüseynova Tünzalə Müsafəddin qızı yaşadığı mənzildə əri ilə mübahisə edib. Mübahisə zamanı əri ona bıçaqla zərbə vurub. Qadın döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Paylaş:
267

Son xəbərlər

Bütün xəbərlər