Laçında 842 kq çətənə bitkisi məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçında 842 kq çətənə bitkisi məhv edilib

09:58 - 29 / 06 / 2023
Laçında 842 kq çətənə bitkisi məhv edilib

Laçında çətənə bitkiləri aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Ərdəşəvi, Vağazin və Piçənis kəndlərinin ərazisində çətənə bitkiləri aşkar edilib.

Yabanı halda bitən ümumilikdə, çəkisi 842 kiloqram olan 2019 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər