Azərbaycan və Ukrayna arasındakı ticarət dövriyyəsi azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Ukrayna arasındakı ticarət dövriyyəsi azalıb

18:00 - 01 / 07 / 2023
Azərbaycan və Ukrayna arasındakı ticarət dövriyyəsi azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 136 milyon 431 min ABŞ dolları olub.

Bu barədə 1news.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,1 dəfə azdır.

Hesabat dövründə Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi ölkənin ümumi ticarət dövriyyəsinin 1,48 %-ni təşkil edib.

Beş ayda Azərbaycandan Ukraynaya 35 milyon 396 min, Ukraynadan Azərbaycana isə 101 milyon 35 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu isə illik müqayisədə müvafiq olaraq 9 dəfə8,7 % azdır.

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər