Naxçıvanda külli miqdarda dərman preparatlarının dövriyyəyə buraxılmasının qarşısı alınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda külli miqdarda dərman preparatlarının dövriyyəyə buraxılmasının qarşısı alınıb - FOTO

Qafar Ağayev17:05 - 03 / 07 / 2023
Naxçıvanda külli miqdarda dərman preparatlarının dövriyyəyə buraxılmasının qarşısı alınıb - FOTO

İran İslam Respublikasından tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq yük gətirən iki yük nəqliyyat vasitəsinə Naxçıvan Baş Gömrük İdarəsinin “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük baxışı həyata keçirilib.

Bu barədə 1news.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bu zaman nəqliyyat vasitələrində olan dərman vasitələrinin və tibbi preparatların daşınma tələblərinə riayət olunmadığı müəyyən edilib. Belə ki, həmin nəqliyyat vasitələrinin bu növ malların daşınması üçün tələb olunan konstruktiv quruluşa malik olmaması və dərman vasitələrinin üzərində qeyd edilən saxlanma şəraiti üçün temperatur normalarının pozulması səbəbindən hər iki fakt üzrə, ümumilikdə 27 adda-1564 qutu, 4718 ədəd, 1020 flakon, 2850 tablet,7720 ampul dərman vasitəsinin dövriyyəyə buraxılmasının qarşısı alınıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları qeyd olunan dərman vasitələrinə baxış keçirib və daşınma tələblərinin pozulması səbəbindən saxlanılmış həmin dərman vasitələri nazirliyə təhvil verilib.

Xatırladaq ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci bəndinə əsasən dərman vasitələrinin saxlanması və daşınması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada temperatur, işıq rejimləri, rütubət və başqa tələblərə ciddi riayət etməklə həyata keçirilməlidir.

Paylaş:
269

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər