P&G Türkiyə və Azərbaycanda yeni vəzifə təyinatları edib | 1news.az | Xəbərlər
Cəmiyyət

P&G Türkiyə və Azərbaycanda yeni vəzifə təyinatları edib

09:30 - 04 / 07 / 2023
P&G Türkiyə və Azərbaycanda yeni vəzifə təyinatları edib

P&G Qafqaz və Orta Asiya Respublikaları üzrə Ölkə Meneceri – Baş Direktor olan Değer Kurtaslanoğlu yeni vəzifəyə - Türkiyə, Qafqaz və Orta Asiya Respublikaları üzrə Kommersiya Əməliyyatları üzrə Vitse-Prezident vəzifəsinə təyin olunub.

Hazırda P&G Qafqaz və Orta Asiya Respublikaları üzrə Korporativ Bazar Strategiyası və Planlaşdırma Direktoru olan İrakli Qabriadze P&G Qafqaz və Orta Asiya Respublikaları üzrə Ölkə Meneceri – Baş Direktor vəzifəsinə təyinat alıb.

36 ilə yaxın Türkiyədə və 25 il Azərbaycanda fəaliyyət göstərən, istehlakçılara Fairy, Ariel, Pampers, Gillette, Oral-B, Head & Shoulders, Pantene, Safeguard, Old Spice və Always kimi 15-dən artıq gigiyena və təmizlik məhsulları brendi ilə xidmət göstərən Procter & Gamble şirkətində iki rəhbər vəzifəyə yeni təyinat olub.

Türkiyənin Orta Şərq Texniki Universitetində Biznesin İdarə Edilməsi üzrə bakalavr dərəcəsi alan Değer Kurtaslanoğlu karyerasına 2000-ci ildə P&G Türkiyədə Regional Menecer kimi başlayıb. Treyd-Marketinq Meneceri, P&G Türkiyə Müştərilərlə iş üzrə Qrup Meneceri, P&G Türkiyə Milli və Birbaşa Müştəriləri üzrə Direktor, P&G Türkiyə / Şimali Kipr Distribüter Əməliyyatları və müştəriləri üzrə direktoru kimi vəzifələrdə çalışıb

Karyerasına 2005-ci ildə P&G Azərbaycan-da Regional Menecer kimi başlayan İrakli Qabriadze Qafqaz Distribüter Əməliyyatları Meneceri, Qafqaz Korporativ Treyd-Marketinq Meneceri, Qafqaz Bazar Strategiyası və Planlaşdırma Meneceri, Cenevrədə P&G Yaxın Şərq və Afrika Strategiya və Planlaşdırılması Meneceri, Qafqaz Bazar Strategiyası və Planlaşdırma Direktoru, P&G Yaponiya Davamlı İnkişaf Lideri və Braun Direktoru kimi vəzifələrdə çalışıb. İrakli ABŞ-nin FLEX proqramı məzunudur (2001), Qafqaz Biznes Məktəbində beynəlxalq biznes üzrə bakalavr dərəcəsi alıb və 2022-ci ilin iyun ayından P&G Qafqaz və Orta Asiya Respublikaları üzrə Biznesin İnkişafı Direktoru vəzifəsində çalışıb.

Paylaş:
216

Son xəbərlər

Bütün xəbərlər