Zəlzələ ilə bağlı təcili tibbi yardıma bu qədər insan müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəlzələ ilə bağlı təcili tibbi yardıma bu qədər insan müraciət edib

10:54 - 04 / 07 / 2023
Zəlzələ ilə bağlı təcili tibbi yardıma bu qədər insan müraciət edib

İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.

1news.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub.

Qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub: "Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub".

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər