Xəzər dənizində 5,7 maqnitudada zəlzələ baş verib
Yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.
***
Saat 00:20
Xəzər dənizində, Azərbaycan sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.
1news.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.
Azərbaycanın bir sıra rayonlarında, həmçini paytaxt Bakıda da zəlzələ hiss olunub.