Deputatlar Özbəkistanda növbədənkənar prezident seçkilərini müşahidə edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputatlar Özbəkistanda növbədənkənar prezident seçkilərini müşahidə edəcək

Qafar Ağayev13:13 - 05 / 07 / 2023
Deputatlar Özbəkistanda növbədənkənar prezident seçkilərini müşahidə edəcək

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, parlamentin komissiya sədri Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Elman Nəsirov, Arzu Nağıyev MDB PA-nın xətti ilə, Fazil Mustafa, Anar Məmmədov TÜRKPA-nın xətti ilə iyulun 9-da Özbəkistan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Daşkənd şəhərinə səfər edəcəklər.

Bu barədə 1news.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Deputatlar seçki məntəqələrində aparılan hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermə zamanı vətəndaşların fəallığına, prosedur qaydalarına riayət olunmasına diqqət yetirəcəklər.

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər