Çoxsaylı vətəndaşı qanunsuz yollarla hərbi xidmətdən yayındıran şəxs cinayət məsuliyyətinə cəlb edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Çoxsaylı vətəndaşı qanunsuz yollarla hərbi xidmətdən yayındıran şəxs cinayət məsuliyyətinə cəlb edilib

Qafar Ağayev17:19 - 05 / 07 / 2023
Çoxsaylı vətəndaşı qanunsuz yollarla hərbi xidmətdən yayındıran şəxs cinayət məsuliyyətinə cəlb edilib

Saxta sənədlər hazırlamaqla vətəndaşların hərbi xidmətə çağırışdan yayındırılması faktları üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

1news.az xəbər verir ki, istintaqla Siruz İbadovun sosial şəbəkədə yaratdığı “Asangroup Xaricdə Təhsil” adlı səhifə vasitəsilə ona müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq vətəndaşların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmasına dair saxta arayışlar hazırlaması, bu yolla da vətəndaşlara hərbi xidmətə çağırışdan möhlət verilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Siruz İbadova Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 320.1-ci (hüquq verən və vəzifədən azad edən rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələrilə ittiham elan edilərək təqsirəndirilən şəxs qismində tanınıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda S.İbadovdan bu növ saxta sənəd almış digər vətəndaşların, habelə cinayətkar fəaliyyətdə iştirak etmiş təqsirləndirilən şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Paylaş:
330

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər