BNA 3 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edir | 1news.az | Xəbərlər
Cəmiyyət

BNA 3 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edir

14:14 - 06 / 07 / 2023
BNA 3 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edir

Daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha 3 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.

Bakı Nəqliyyat Agentliyindən (BNA) 1news.az-a bildirilib ki, müsabiqəyə çıxarılan 134, 168 və 169 nömrəli müntəzəm marşrut xətləridir.

Müsabiqə Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.

Paylaş:
297

Son xəbərlər

Bütün xəbərlər