Xalq Bankda “Biznes günləri” - yeni korporativ müştərilər üçün güzəştlər!
Xalq Bank biznes sahiblərinə sərfəli əməkdaşlıq şərtlərindən yararlanmaq və bank xərclərini azaltmaq imkanı verən kampaniyaya start verir.
3 ay davam edəcək kampaniya müddətində Xalq Bankda yeni hesab açan hüquqi şəxs və fərdi sahibkarlara 06 oktyabr tarixədək aşağıdakı bank komissiyalarına 50% güzəşt tətbiq ediləcək:
· əməkhaqqı köçürmələri;
· ölkədaxili manat köçürmələri;
· ölkəxarici valyuta köçürmələri;
· nağdlaşdırma.
Xalq Bank müştərisi olmaqla biznes sahibləri həm də Bankın təklif etdiyi bir sıra bank məhsul və xidmətlərindən PULSUZ yararlana biləcəklər:
· сari hesabın açılması;
· 3 illik əməkhaqqı kartları;
· biznes kartları;
· konvertasiya əməliyyatı;
· XalqOnline İnternet və Mobil Bankçılıq sisteminə qoşulma.
Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də https://www.xalqbank.az/ saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.
Reklam hüququnda












