Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara hökm oxunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara hökm oxunub

11:59 - 07 / 07 / 2023
Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara hökm oxunub

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

1news.az "Report"a istinadən xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər və erməni hərbçilər son söz deyiblər.

Daha sonra məhkəmə hökmü elan edib.

Məhkəmənin hökmü ilə onların hər biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Paylaş:
228

Son xəbərlər

Bütün xəbərlər