Şənbə gününün hava proqnozu | 1news.az | Xəbərlər
Cəmiyyət

Şənbə gününün hava proqnozu

12:55 - 07 / 07 / 2023
Şənbə gününün hava proqnozu

İyulun 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər