Türkiyənin gömrük məntəqəsində sıxlıq yaranıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyənin gömrük məntəqəsində sıxlıq yaranıb

15:08 - 08 / 07 / 2023
Türkiyənin gömrük məntəqəsində sıxlıq yaranıb

Türkiyənin Dilucu gömrük məntəqəsi gözlənilmədən yerli sakinlər tərəfindən axına məruz qalıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb isə Türkiyədə xaricdən alınan mobil telefonların İMEİ qeydiyyat qiymətinin bahalaşmasıdır. Belə ki, qərara əsasən, Türkiyədə bu rəqəm 6071 TL-dən 20 min TL-yə yüksəlib və qərar iyulun 10-dan qüvvəyə minəcək. Məhz qiymət artımına görə insanlar Dilucu gömrük məntəqəsindən Sədərək Gömrük Postuna keçərək ölkəyə giriş-çıxış ediblər. Onlar xaricdən aldıqları telefonları qeydiyyata salmaq üçün bu addımı atıblar və gömrükdə bəyan ediblər. Əks təqdirdə, telefonların qeydiyyatı onlar üçün daha baha qiymətə qeydiyyat olunacaq.

Paylaş:
480

Son xəbərlər

Bütün xəbərlər