Mərdəkanın bəzi yerlərində 3 gündür kəsilən suyun bərpa olunacağı vaxt açıqlandı
İsti yay aylarında ölkənin bir çox yerlərində içməli su ilə bağlı problemlər yaranır.
Redaksiyamıza daxil olan şikayət də Mərdəkan qəsəbəsində suyun kəsilməsilə bağlıdır. Bildirilib ki, Xəzər rayonu Mərdəkan qəsəbəsinin bəzi yerlərində 3 gündür su kəsilib. Sakinlər “Azərsu” ASC-nin qaynar xəttinə zəng etsələr də ətraflı məlumat ala bilmədiklərini deyirlər. Bəs görəsən suların kəsilməsinə səbəb nədir?
Suyun verilməsi nə zamandan bərpa oluncaq?
Məsələ ilə bağlı 1news.az-a danışan "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, son günlər müşahidə olunan anomal istilərlə bağlı suya tələbat kəskin artıb.
“Biz bütün mənbələrimiz, aqreqatorlarla operativ çalışırıq. Aqreqatlarımız, xətlərimiz tam yüklənib. Bakını bəzi ərazilərində, Sabunçuda, Xəzər rayonun bir hissəsində suyun verilməsində problem var. Amma ərtıq tənzimlənir. Bu gündən suyun verilişi bərpa oluna bilər”.