Sumqayıtda keçmiş məhkum anası ilə mübahisə edib özünü yandırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda keçmiş məhkum anası ilə mübahisə edib özünü yandırdı

09:10 - 10 / 07 / 2023
Sumqayıtda keçmiş məhkum anası ilə mübahisə edib özünü yandırdı

Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Mahmudov Elşən Babagül oğulunun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs ailə üzvləri ilə yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. O dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq səhər saatlarında xəstəxanda ölüb.

E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb.

Araşdırma aparılır.

Paylaş:
140

Son xəbərlər

Bütün xəbərlər