FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib

10:05 - 10 / 07 / 2023
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib.

FHN-dən 1news.az-a daxil olan müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah Bakı şəhəri və Abşeron yarımadasında külək əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır.

Həmçinin, güclü külək baş verən yanğınların söndürülməsi əməliyyatını çətinləşdirdiyindən küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".

Paylaş:
166

Son xəbərlər

Bütün xəbərlər