FHN: Ötən sutka 82 yanğına çıxış olub, 26 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən sutka 82 yanğına çıxış olub, 26 nəfər xilas edilib

10:47 - 10 / 07 / 2023
FHN: Ötən sutka 82 yanğına çıxış olub, 26 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 82 yanğına çıxış və 17 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 26 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər