TƏBİB: Ağcabədidə toyda zəhərlənən 33 nəfər evə buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB: Ağcabədidə toyda zəhərlənən 33 nəfər evə buraxılıb

Qafar Ağayev12:29 - 10 / 07 / 2023
TƏBİB: Ağcabədidə toyda zəhərlənən 33 nəfər evə buraxılıb

Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 09.07.2023-cü il saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib.

TƏBİB-dən 1news.az-a verilən xəbərə görə, onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib.

09.07.2023-cü il tarixində aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.

Paylaş:
199

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər