Azərbaycanda COVID-19-a yoluxanların və peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda COVID-19-a yoluxanların və peyvənd olunanların sayı açıqlanıb

16:40 - 11 / 07 / 2023
Azərbaycanda COVID-19-a yoluxanların və peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 965 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 666 nəfər müalicə olunaraq sağalıb, 10 287 nəfər vəfat edib, aktiv xəstə sayı 12 nəfərdir.

Ölkədə son sutka ərzində 756 hazırkı dövrədək isə 7 652 018 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 967 860, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 160, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 629, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 334 nəfər təşkil edir.

Paylaş:
224

Son xəbərlər

Bütün xəbərlər