Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirilib

Qafar Ağayev17:27 - 11 / 07 / 2023
Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirilib

İyulun 11-də Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən 1news.az-a bildirilib ki, qeydiyyatdan keçmiş 136 nəfərdən 13-ü imtahana gəlməyib. İmtahanda 55 və dаhа çох bаl tоplаmış 63 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.

Paylaş:
336

Son xəbərlər

Bütün xəbərlər