Agrodairy-nin dəstəyi ilə ölkə gənclərimiz beynəlxalq yarışmada iştirak edib - FOTO
Ölkəmizi təmsil edən FeelFiber komandası Agrodairy və SAB şirkətlərinin dəstəyi və sponsorluğu ilə sosial problemlərin həllinə yönəlmiş tələbələr arasında sahibkarlıq və innovasiyaları təşviq edən bəynəlxalq Hult Prize müsabiqəsində uğurla iştirak edərək Lissabonda keçirilən final mərhələsinə vəsiqə qazanıb.
Belə ki, həmyerlilərimiz Cavidan Zeynalov, Aydan Quliyeva və Bənövşə Məmmədova FeelFiber komandası ilə dünyanın müxtəlif ölkələrindən 200.000 iştirakçının qatıldığı Hult Prize yarışmasında iştirak edərək final mərhələsinə vəsiqə qazanıblar. Belə ki, 25 iyun 2023-cü il tarixində onlar, Lissabon şəhərində keçirilən final mərhələsində iştirak etmək üçün seçilmiş ən yaxşı 700 komanda arasında yer alıblar. Yarışma çərçivəsində yerli komandamız ölkəmizin tekstil sənayesində inqilab etmək missiyası ilə FeelFiber komandası, ekoloji cəhətdən təmiz materiallar istehsal etmək məqsədi ilə, təbii bitki liflərindən istifadə edərək yenilikçi bir həll təqdim ediblər.
Kənd təsərrüfatı sahəsində innovativ həllərə imza atan Agrodairy şirkətinin icraçı direktoru cənab Niyazi Əmirbəyov yerli gənclərimizin layihəsinin şirkət tərəfindən dəstəklənilməsinə dair fikir bildirib. “Həm gənclərə və onların yeni ideyalarına dəstək olmaq, həm də ölkəmizdə ekoloji cəhətdən dayanıqlılıq mövzusunun daha geniş inkişafına töhfə vermək bizim diqqət yetirdiyimiz mövzulardandır” – cənab Əmirbəyov bildirib.
Azərbaycanda qida sənayesində öz yeri, sözü olan SAB şirkətinin baş icraçı direktoru Elnur Badalov da qeyd edib ki, rəhbərlik etdiyi şirkət mütamadi olaraq novator, kreativ gəncliyə dəstək olur və onların ideyalarının uğurla realizə olunmasına dəstək verməkdən məmnunluq duyur.
Reklam hüququnda