FHN əməliyyat görüntülərini yayıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN əməliyyat görüntülərini yayıb - VİDEO

11:03 - 11 / 07 / 2023
FHN əməliyyat görüntülərini yayıb - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a verilən xəbərə görə, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 92 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 8 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Paylaş:
234

Son xəbərlər

Bütün xəbərlər