Azərbaycan Ordusunun Şuşa və Laçındakı mövqeləri atəşə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun Şuşa və Laçındakı mövqeləri atəşə tutulub

13:35 - 12 / 07 / 2023
Azərbaycan Ordusunun Şuşa və Laçındakı mövqeləri atəşə tutulub

İyulun 12-si saat 09:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, saat 10:50-dən 12:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş:
206

Son xəbərlər

Bütün xəbərlər