Təhsil tələbə krediti alanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil tələbə krediti alanların sayı açıqlanıb

16:42 - 12 / 07 / 2023
Təhsil tələbə krediti alanların sayı açıqlanıb

Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Elm və Təhsil Nazirliyindən 1news.az-a verilən xəbərə görə, Təhsil Tələbə Krediti Fonduna müraciət edən şəxslər üzrə ümumilikdə 6714 nəfər təhsil tələbə kreditindən yararlanıb. Onlardan 2345 nəfərin müraciəti sosial TTK, 4369 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fonduna notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron müraciət edərək kreditdən yararlanmaq mümkündür.

Paylaş:
291

Son xəbərlər

Bütün xəbərlər