Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB

17:50 - 12 / 07 / 2023
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB

İyulun 12-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü görüşü keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Tərəflər, həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

***

17:17

Ermənistan Xarici İşlər Nazirliyi dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Ermənistan-Azərbaycan komissiyasının növbəti iclası barədə məlumat verib.

1news.az APA-ya istinadən xəbər verir ki, Baş nazirin müavinləri Mqer Qriqoryan və Şahin Mustafayev delimitasiya məsələlərinin müzakirəsini davam etdirib və təşkilati detalları nəzərdən keçiriblər.

Tərəflər növbəti - beşinci görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər