“Baku Steel Company” QSC tərəfindən atmosfer havasına atılan tullantıların normadan artıq olduğu aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Baku Steel Company” QSC tərəfindən atmosfer havasına atılan tullantıların normadan artıq olduğu aşkarlandı

Qafar Ağayev17:57 - 13 / 07 / 2023
“Baku Steel Company” QSC tərəfindən atmosfer havasına atılan tullantıların normadan artıq olduğu aşkarlandı

Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Baku Steel Company” QSC-dən atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Qafar Ağayev 1news.az-a bildirib ki, müəssisənin ərazisində araşdırma və monitorinq aparılması üçün “Baku Steel Company” QSC-yə müraciət edilsə də, müvafiq şərait yaradılmayıb. Bu səbəbdən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən sözügedən QSC-nin ətrafında monitorinq və ölçmə işləri aparılıb və atmosfer havasına atılan tullantıların normadan artıq olduğu müəyyən edilib.

“Faktla bağlı akt tərtib olunub və “Baku Steel Company” QSC-nin hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Nəsimi rayon Məhkəməsinə göndərilib”.

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər