Azərbaycanda ət, süd istehsalı artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ət, süd istehsalı artıb

Qafar Ağayev12:30 - 13 / 07 / 2023
Azərbaycanda ət, süd istehsalı artıb

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda diri çəkidə 285,4 min ton ət, 1122,9 min ton süd, 1107,4 milyon ədəd yumurta, 14,0 min ton yun, 356,6 ton barama istehsal olunub.

Bu barədə 1news.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 2,7 faiz, yumurta istehsalı 12,0 faiz, barama istehsalı 5,1 faiz artıb, yun istehsalı isə 2,8 faiz azalıb.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,7 faiz, bitkiçilik məhsulları istehsalı 3,0 faiz artıb.

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər