Sahibə Qafarova: Növbədənkənar sessiyada 90 qərar və qanun qəbul edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova: Növbədənkənar sessiyada 90 qərar və qanun qəbul edilib

13:10 - 14 / 07 / 2023
Sahibə Qafarova: Növbədənkənar sessiyada 90 qərar və qanun qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başa çatıb.

1news.az
xəbər verir ki, toplantıya spiker Sahibə Qafarova sədrlik edib.

Növbədənkənar sessiyasının son iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu dövrdə Milli Məclisin 9 iclası keçirilmiş, 90 qanun və qərar qəbul edilmişdir.
“Düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən dövlət siyasətini qanunvericilik sahəsində dəstəkləmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bu növbədənkənar sessiyada yerinə yetirilib” .

“Bu gün Ulu Öndərin 1969-cu ildə Azərbaycanda ilk dəfə ali hakimiyyətə gəlməsinin 54-cü ildönümü tamam olur”
“Bu haqda hörmətli həmkarlarım söz açdılar. Məhz o illərdə Azərbaycan tərəqqi və çiçəklənmə dövrünə qədəm qoyulub.
Azərbaycanın başladığı bu uğurlu yol Ulu Öndərin xidmətləri sayəsində dövlət müstəqilliyi dövründə davam etdirilib.
Bu dahi şəxs, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin növbədənkənar sessiyasında daha bir xüsusi iclas keçirilmiş və Bəyanat qəbul olunub”.

Sədr bildirib ki, Növbədənkənar sessiya dövründə Milli Məclisdə iki dinləmə keçirilib.
“Onlardan biri ölkəmizdə uşaq hüquqlarına, digəri isə Qərbi Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı məsələlərə həsr edilmişdir.

Eyni zamanda, qeyd edim ki, sessiya müddətində qanunvericilik fəaliyyəti ilə yanaşı, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülüb. İyun ayının 6-dan bu günə qədər, yəni bir ay 8 gün ərzində Milli Məclisin 39 deputatı 16 xarici ölkəyə 51 səfər həyata keçirib.
7 xarici ölkənin və 3 beynəlxalq təşkilatın nümayəndə heyətləri Milli Məclisdə qəbul edilib.
Həmçinin, bizim deputatlar Özbəkistanda keçirilmiş Prezident seçkilərini müşahidə ediblər .

“Bildiyiniz kimi, Milli Məclisin sədrinin Avstriya Respublikasına rəsmi səfəri olmuşdur və mən bu barədə sizə məlumat vermişdim” - deyə, sədr əlavə edib:

“Həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlər gələn sessiyanın uğurlarına da möhkəm zəmin yaradıb” .

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər