İşlədiyi kafedən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İşlədiyi kafedən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı - FOTO

Qafar Ağayev08:39 - 14 / 07 / 2023
İşlədiyi kafedən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı - FOTO

Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində oğurluq olması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus obyektən 2580 manat pul və 4 ədəd bank kartının oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən həmin kafenin işçisi Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Bayraməli İsmayılov saxlanılıb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər