Azərbaycanda COVID-19 ilə bağlı statistika yeni qayda ilə veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda COVID-19 ilə bağlı statistika yeni qayda ilə veriləcək

Qafar Ağayev21:36 - 14 / 07 / 2023
Azərbaycanda COVID-19 ilə bağlı statistika yeni qayda ilə veriləcək

Azərbaycan Respublikasında COVID-19 pandemiyası artıq 4-cü ildir davam edir. Beynəlxalq təcrübəni nəzərə alaraq, növbəti həftədən başlayaraq COVID-19 ilə bağlı statistik hesabat həftədə bir dəfə olmaqla, hər həftənin bazar ertəsi günü ötən həftə ilə bağlı məlumatların cəmi formasında veriləcəkdir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, gələcəkdə ehtiyac yarandığı halda COVID-19 ilə bağlı statistik hesabat yenidən gündəlik rejimə keçiriləcəkdir.

Paylaş:
415

Son xəbərlər

Bütün xəbərlər