Əli Məsimli: “İnflyasiyanın birrəqəmliyə çevrilməsi istiqamətində tədbirlər gücləndirilməlidir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Məsimli: “İnflyasiyanın birrəqəmliyə çevrilməsi istiqamətində tədbirlər gücləndirilməlidir”

Qafar Ağayev12:18 - 14 / 07 / 2023
Əli Məsimli: “İnflyasiyanın birrəqəmliyə çevrilməsi istiqamətində tədbirlər gücləndirilməlidir”

“Azərbaycanda ikirəqəmli inflyasiyanın birrəqəmliyə çevrilməsi istiqamətində tədbirlər gücləndirilməlidir”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Əli Məsimli deyib.

“Mən subyektiv amillərin irəli çəkilməsini yüksək qiymətləndirirəm. Çünki artıq obyektiv amillər, xaricdən gələn inflyasiya bir neçə məhsulu çıxmaq şərti ilə səngiyib. Subyektiv amilləri aradan qaldırmaqla, bu sahədə bəzi qurumların cavabdehliyini artırmaqla və antiinhisar tədbirlərini gücləndirməklə birrəqəmli inflyasiyaya nail olmaq mümkündür”.

Paylaş:
280

Son xəbərlər

Bütün xəbərlər