Gəncədə tullantıları qalaqlayaraq yandıran şəxs cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə tullantıları qalaqlayaraq yandıran şəxs cərimələnib

14:40 - 18 / 07 / 2023
Gəncədə tullantıları qalaqlayaraq yandıran şəxs cərimələnib

Gəncədə tullantıları qalaqlayaraq yandıran şəxs cərimələnib.

Bu barədə 1news.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində yerləşən “Gəncə Ekspress” ASC-nin həyətində tullantıların qalaqlanaraq yandırılıması faktı müəyyən edilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı tullantıların “Gəncə Ekspress” ASC-nin həyətində yerləşən rəngsaz sexində işləyən Tural İsmayılov tərəfindən yandırıldığı məlum olub.

Faktla bağlı akt, protokol tərtib tərtib olunub və T.İsmayılov barəsində qanunamüvafiq tədbir görülüb.

Əraziyə cavabdeh “Gəncə Ekspress” ASC-nin İdarə heyətinin sədri Eltac Əliyevə ərazinin təmizliyinə nəzarət olunması ilə bağlı ciddi xəbərdarlıq edilib, rəngsaz sexinin rəhbərliyinə isə belə halların təkrarlanmaması üçün məcburi göstəriş verilib.

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər