Ananın 15 günlük körpəsini zibilliyə atmasının GÖRÜNTÜLƏRİ - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ananın 15 günlük körpəsini zibilliyə atmasının GÖRÜNTÜLƏRİ - VİDEO

Qafar Ağayev16:19 - 18 / 07 / 2023
Ananın 15 günlük körpəsini zibilliyə atmasının GÖRÜNTÜLƏRİ - VİDEO

Bakıda ananın 10-15 günlük körpəsini zibil qutusuna atmasının görüntüləri yayılıb.

1news.az Baku TV-yə istinadən görüntüləri təqdim edir.

Qeyd edək ki, hadisə dünən saat 14 radələrində Sabunçu qəsəbəsi Tatarski küçəsində yerləşən “Oba” marketin yaxınlığında baş verib.

Oradakı zibil yeşiklərindən birinin içərisindən 10-15 günlük körpə parçaya bükülmüş halda aşkar edilib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Körpə həkimlərin iştirakı ilə 1 saylı Körpələr Evinə aparılıb.

Uşağın anası S.Qasımova polis əməkdaşları tərəfindən müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib.

Hazırda həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Paylaş:
488

Son xəbərlər

Bütün xəbərlər