TBMM nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

TBMM nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Qafar Ağayev12:10 - 18 / 07 / 2023
TBMM nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

1news.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.

Nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət edib.

“Türk şəhidliyi” abidəsinin Türkiyə və Azərbaycan qardaşlığının ən böyük nişanəsi olduğunu vurğulayan Fuat Oktay bildirib ki, bu müqəddəs məkanda uyuyan türk şəhidləri Qafqaz İslam Ordusunun mərd əsgərləri kimi azərbaycanlı qardaşları ilə birlikdə düşmənlərə qarşı vuruşub və hamının qəlbində ölümsüzlüyə yol açıblar. Vurğulanıb ki, uğrunda şəhidliyə ucaldıqları torpaq naminə birgə mübarizə Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğumuzu nümayiş etdirib.

“Azərbaycanlılar da Çanaqqala müharibəsində bizim yanımızda olublar və qəhrəmancasına döyüşüblər. Bir əsr bundan əvvəl göstərilən qəhrəmanlıq və fədakarlıq Azərbaycanın 44 günlük haqq savaşında da təkrarlanıb. Bu amillər bizi əbədi olaraq bir-birimizə bağlayıb”, - deyə o qeyd edib.

Sonra şəhidlərin xatirəsinə dualar oxunub.

Paylaş:
327

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər