Türkiyə ordusu bu il bu qədər terrorçu zərərsizləşdirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə ordusu bu il bu qədər terrorçu zərərsizləşdirib

14:18 - 20 / 07 / 2023
Türkiyə ordusu bu il bu qədər terrorçu zərərsizləşdirib

Türkiyə ordusunun son bir həftədə ölkə daxilində və sərhədyanı bölgələrdə keçirdiyi əməliyyatlar nəticəsində 35 terrorçu zərərsizləşdirilib.

1news.az Report-a istinadla xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr üzrə müşaviri Zəki Aktürk nazirlikdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri PKK/PYD-YPG, FETÖ və İŞİD terror qruplaşmaları başda olmaqla istənilən təhdid və təhlükəyə qarşı mübarizəni davam etdirir.

Z.Aktürk bildirib ki, bu il ərzində 848 terrorçu zərərsizləşdirilib: “2015-ci il iyulun 24-dən bu günə qədər məhv edilən terrorçuların sayı 38 191-ə çatıb”.

Paylaş:
233

Son xəbərlər

Bütün xəbərlər