Bakıda daha bir maşrut xətti “BakuBus”a verildi
Sərnişindaşımaların icrasında çatışmazlıqların aşkarlandığı müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması davam etdirilir.
1news.az xəbər verir ki, Nazirlər Kabinetinin 52 nömrəli qərarının tələbləri əsasında 139 nömrəli müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb.
Vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədi ilə 139 nömrəli müntəzəm marşrut xətti üzrə (“Savalan” yaşayış massivi –“Koroğlu” NMM) keçirilən müsabiqənin nəticələrinə əsasən “BakuBus” MMC qalib gəlib.
24.07.2023-cü il tarixindən bu xətt üzrə daşımalar müasir, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla həyata keçiriləcək. Bu dəyişiklik sayəsində ümumilikdə marşrutdan istifadə edən 12000 nəfərdən artıq sakinin keyfiyyətli ictimai nəqliyyatdan istifadə imkanları təmin ediləcək və ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.