Sabunçuda 51 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
Bakının Sabunçu rayonunda 51 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
1news.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Quluzadə Nazim Ağadadaş oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
203












