Yağış yağacaq, dolu düşəcək - Hava xəbərdarlığı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış yağacaq, dolu düşəcək - Hava xəbərdarlığı

Qafar Ağayev16:20 - 21 / 07 / 2023
Yağış yağacaq, dolu düşəcək - Hava xəbərdarlığı

Bakıda və Abşeron yarımadasında iyulun 22-si və 24-də şimal-qərb küləyinin 15-18 m/s, 24-də yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 21-24-də əsasən gündüz saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir.

Yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər