Azərbaycan Elm Fondunun 10-cu “Mobillik qrantı”nın nəticələri elan olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Elm Fondunun 10-cu “Mobillik qrantı”nın nəticələri elan olunub

Qafar Ağayev16:51 - 21 / 07 / 2023
Azərbaycan Elm Fondunun 10-cu “Mobillik qrantı”nın nəticələri elan olunub

Azərbaycan Elm Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən və 2023-cü ildə elan edilmiş 10-cu “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan olunub.

Bu barədə 1news.az-a fonddan məlumat verilib.

10-cu “Mobillik qrantı” müsabiqəsinə layihələr alimlər tərəfindən onlayn şəkildə “ASAN imza”nın inteqrasiya edildiyi “e- Qrant” - “Qrant layihələrinin elektron idarəolunması sistemi” vasitəsilə təqdim olunub.

Nəticələr Fondun Müşahidə Şurası tərəfindən təsdiq edildikdən sonra 10-cu “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 108 min manat olan 10 qalib layihə müəyyənləşdirilib.

Bu müsabiqədə qalib olan layihələr xaricdə qısamüddətli elmi təcrübəkeçmə ilə bağlıdır. Qaliblərdən 5-i qadındır.

Qaliblər AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Elm və Təhsil Nazirliyin Neft-Kimya Prosesləri İnstitutu, Radiasiya Problemləri İnstitutunu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edirlər. Onlar Türkiyə, Almaniya və Fransada qısamüddətli təcrübəkeçmədə iştirak edəcəklər.

“Mobillik qrantı” üzrə müsabiqələrin keçirilməsində məqsəd Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçməsini və tədbirlərdə iştirakını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq və ölkənin elmi kadr potensialını daha da gücləndirməkdir.

Paylaş:
274

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər